Rusiya DİN “Avroviziya”nın qalibini axtarışa verib
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiyanın Daxili İşlər Nazirliyi 2016-cı ildə “Avroviziya” mahnı müsabiqəsinin qalibi olmuş Ukrayna müğənnisi Camalanı (əsl adı Susana Camaladinova) axtarışa verib. Bu barədə məlumat RF DİN bazasında yerləşdirilib: “Camaladinova Susana Alimovna RF CM-nin maddəsi üzrə axtarışdadır”. Axtarışın Cinayət Məcəlləsinin hansı maddəsinə əsasən aparıldığı qeyd edilməyib.
Hüquq-mühafizə orqanlarında TASS informasiya agentliyinə verilən açıqlamaya görə, axtarışın səbəbi Rusiya ordusu barəsində saxta məlumatların yayılması işi ilə bağlı ola bilər.
Camalanın atası Krım tatarı, anası Qalina Tumasyan isə ermənidir. Camala 2016-cı ildə “Avroviziya” müsabiqəsində Krım tatarlarının 1944-cü il sürgünü barəsində mahnı ilə qələbə qazanıb. Həyat yoldaşı Seyid Bekir Süleymanov da Krım tatarıdır.
Rusiyaya gedişi 50 illiyə qadağan edilmiş Ukrayna artistlərinin 2022-ci ilin aprelində dərc edilmiş siyahıda Camalanın da adı var.
Hürr Tərcüman