📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya diplomatı Litva XİN-ə çağırılıb

2024-05-17 13:23:20

Rusiya diplomatı Litva XİN-ə çağırılıb

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki,  Rusiya dövlətinin Litva siyasətçilərini axtarışa verməsi ilə əlaqədar RF diplomatı Litva XİN-ə çağırılıb. Bu barədə məlumat nazirliyin açıqlamasında verilib.
Mayın 16-da Litvanın Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının bu ölkədəki səfirliyinin təmsilçisini idarəyə çağıraraq ona etiraz notası verib. 
Qeyd edək ki, Ukraynada müharibə başlayandan sonra Qərb ölkələrində İkinci Dünya Müharibəsi zamanı həlak olmuş sovet əsgərlərinin şərəfinə ucaldılmış abidələrin söküntüsü başlanıb. Rusiya Xarici İşlər Nazirliyi dəfələrlə abidələrin təhqir edilməsinə və sökülməsinə etirazını bildirib.
Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin məlumat bazasına əsasən, Litvanın Palanqa şəhərinin meri və vitse-meri Şarunas Vaitkus və Saulius Sime, Panevezis şəhərinin meri və vitse-meri Rytis Mikolas Raçkauskas və Loreta Masilyunienė axtarılır. Litvanın LRT milli radiosunun portalının məlumatına görə, abidələr məhz yuxarıda adı çəkilən şəhərlərdə sökülüb.
Rusiya Daxili İşlər Nazirliyi Litvanın mədəniyyət naziri Simonas Kayrisi də axtarışa verib.
Hürr Tərcüman