“Rusiya diplomatları Ukraynanı tərk eləməyə başlayıblar” – “RİA Novosti”
Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiya diplomatları Ukraynanı tərk eləməyə başlayıblar. “RİA Novosti”yə məlumat verən mənbə bildirib: “Ukrayna vətəndaşlarının bildirdiyinə görə, Ukraynadakı Rusiya diplomatları və konsulluqların əməkdaşları Rusiyaya getməyə başlayıblar. Konsulluqların və səfirliyin qəbuluna düşməkdə yaranmış çətinliklər də bunu göstərir”. Agentliyin müsahibinin sözlərinə görə, “bəzi Qərb ölkələrinin rəsmən evakuasiya elan eləmələri fonunda bu, Moskvanın da eyni yolla getmək istədiyi fikrini yaradır. Yeri gəlmişkən, Sergey Lavrov da Böyük Britaniyanın Xarici İşlər naziri Elizabet Trass ilə danışıqlardan sonrakı birgə mətbuat konfransında belə ssenarinin mümkünlüyünə işarə vurmuşdu”.
Lavrovla Trassın görüşü fevralın 10-da baş tutumuşdu. O zaman Lavrov qeyd eləmişdi ki, Moskva da Qərb ölkələrini nümunə götürərək Ukraynadakı diplomatlarını geri çağıra bilər.
Hürr Tərcüman