📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya dizelini alanlar həbs edilə bilər - Şirkətlərə xəbərdarlıq edildi

2026-10-27 20:23:50

Rusiya dizelini alanlar həbs edilə bilər - Şirkətlərə xəbərdarlıq edildi

Rusiya dizel yanacağının alınması ABŞ-də biznes aparanlar üçün hüquqi nəticələrə səbəb olacaq. 

Hurriyyet.net  xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının Məhkəmə Komitəsinin üzvü Ceymi Raskin bildirib.

Merilenddən olan Demokrat konqresmen açıq məktubunda qeyd edib ki, Rusiya dizelini alan şirkətləri 1 milyon dollara qədər cərimələr və 20 ilə qədər həbs cəzası gözləyəcək. Məktub əsasən Amerika Neft İnstitutunun (API), ABŞ Ticarət Palatası və Yanacaq və Neft-Kimya İstehsalçıları Assosiasiyasının (AFPM) rəhbərlərinə ünvanlanıb.

Raskin qeyd edib ki, Rusiyanın Ukraynaya müdaxiləsini "müstəsna və fövqəladə təhlükə" elan edən ikipartiyalı "Rusiya Neft İdxalını Dayandırın" Qanunu və 14066 saylı İcra Fərmanı ABŞ-də qüvvədə qalır. 2022-ci ilin əvvəlində Co Bayden administrasiyası dövründə qəbul edilən hər iki qanun Rusiyadan neft və neft məhsulları ilə hər hansı əməliyyatı açıq şəkildə qadağan edir.

Qanun və Prezident fərmanı həm Donald Trampın Ağ Evə qayıtmasından, həm də Vladimir Putinlə "dizel müqaviləsi" bağlandıqdan sonra da qüvvədə qalıb. Raskin bildirib ki, Rusiya dizel yanacağının alınması Amerika idxalçıları üçün hələ də milyonlarla cərimə və uzunmüddətli həbs cəzaları da daxil olmaqla cinayət cəzalarını nəzərdə tutur.

Konqresmenin sözlərinə görə, Tramp administrasiyası Bayden dövründə tətbiq edilən məhdudiyyətləri qanunla ləğv edə bilər. Lakin bunun üçün ABŞ Konqresinin təsdiqi tələb olunur: "Bunun üçün isə Rusiya qoşunlarını geri çəkməyə və Ukraynadakı hərbi əməliyyatları dayandırmağa razı olmalıdır və bu, Ukraynanın azad seçilmiş hökuməti tərəfindən təsdiqlənməlidir; NATO üzv dövlətlərinə qarşı hər hansı bir hərbi təhdid dərhal dayandırılmalıdır; Ukrayna xalqının öz rəhbərliyini müstəqil seçmək hüququ tanınmalıdır".