📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya Dnepri vurdu - Yaralıların sayı artır

2026-04-25 20:05:20

Rusiya Dnepri vurdu - Yaralıların sayı artır

Rusiyanın Dnepr şəhərinə həyata keçirdiyi hücumlar nəticəsində yaralananların sayı 40-ı keçib.

Modern.az xəbər verir ki, bu barədə Volodimir Zelenski sosial şəbəkədəki “X” hesabında paylaşım edib.

Prezident qeyd edib ki, hücuma məruz qalan ərazilərdə axtarış-xilasetmə işləri hazırda da davam edir.

Məlumata əsasən, hadisə nəticəsində 5 nəfər həyatını itirib, 2 nəfərin isə taleyi hələ də naməlum olaraq qalır.