📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya Donbasla bağlı sərt tələblər irəli sürüb

2026-02-05 15:55:24

Rusiya Donbasla bağlı sərt tələblər irəli sürüb

Rusiya Federasiyası Abu-Dabidə keçirilən sülh danışıqları zamanı Donbasın statusu ilə bağlı daha sərt şərtlər irəli sürüb.

Bu barədə Rusiya Dövlət İnformasiya Agentliyi TASS “Qərb mənbəyi”nə istinadən məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, danışıqlarda iqtisadi məsələlər, ərazi mövzuları və atəşkəs mexanizmləri müzakirə olunur. Lakin Moskva bu mərhələdə tələblərini genişləndirərək yalnız Donbasın Rusiyaya verilməsini deyil, həmin ərazilərin rəsmi şəkildə Rusiya ərazisi kimi tanınmasını da tələb edir.

"TASS" yazır ki, Kreml Donbasın Rusiya ərazisi kimi bütün ölkələr tərəfindən tanınmasını böyük razılaşmanın əsas elementi hesab edir. Mənbənin sözlərinə görə, bu məsələ Moskva üçün “son dərəcə vacib” sayılır.

Bununla yanaşı, mənbə Ukrayna üçün mümkün təhlükəsizlik təminatları barədə də danışıb. Bildirilir ki, danışıqların nəticəsi olaraq Ukrayna üçün sülhməramlı qüvvələr deyil, əvəzində çoxmillətli sürətli reaksiya qüvvələrinin yerləşdirilməsi variantı nəzərdən keçirilə bilər.