Rusiya "dost olmayan ölkələr" siyahısını YENİLƏDİ – Daha 5 ölkə ƏLAVƏ EDİLDİ
Rusiyada hökumət martın 5-də dərc etdiyi fərmanla prezident Vladimir Putinin elan etdiyi “dost olmayan ölkələr” siyahısına daha 5 ölkəni əlavə edib.
Hurriyyet.az-ın məlumatına görə, hökumətin Mətbuat Mərkəzindən verilən açıqlamada bildirilir ki, Rusiyaya qarşı qeyri-dost hərəkətlər edən ölkələrin siyahısı yenilənib.
Bildirilib ki, Rusiya prezidentinin fərmanına əsasən yaradılan “dost olmayan ölkələr” siyahısına Yunanıstan, Danimarka, Sloveniya, Slovakiya və Xorvatiya əlavə edilib.
Belə ki, qeyd olunub ki, bu ölkələrin Rusiyadakı diplomatik nümayəndəliklərində və konsulluqlarında yerli kadrların işə götürülməsinə məhdudiyyətlər qoyulub.
Müvafiq olaraq, Yunanıstan üçün 34, Danimarka üçün 20 və Slovakiya üçün 16 yerli işçi limiti olduğu bildirilib.
Bildirilib ki, siyahıda olan Sloveniya və Xorvatiya bundan sonra öz diplomatik nümayəndəliklərində və konsulluqlarında yerli kadrlar işlədə bilməyəcək.