📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya dünya avtomobil bazarına çıxır – “Moskviç” ilə

2022-10-20 14:38:00

Rusiya dünya avtomobil bazarına çıxır – “Moskviç” ilə

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiya paytaxtının hakimiyyət orqanları “Moskviç” zavodunu dekabrda işə salmaq niyyətindədir. Bu barədə şəhərin meri Sergey Sobyanin “Made in Russia” Beynəlxalq İxrac Forumunun plenar iclası başlamazdan əvvəl baş nazir Mixail Mişustinə məruzəsi çərçivəsində bildirib.

Mer deyib: “Avtomobil nəqliyyatı bu il ciddi uğursuzluğa düçar olub, lakin buna baxmayaraq, ümid edirəm ki, Sənaye Nazirliyinin köməyi ilə biz dekabrda “Moskviç” zavodunu yenidən işə salacağıq”.

Sobyanin Moskvanın gələcəkdə elektromobillərin mərkəzinə çevriləcəyi fikrini irəli sürüb.

Hürr Tərcüman