📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya əlavə qüvvələr gətirdi, vəziyyət pisləşir - Kiyev

2022-10-27 09:26:00

Rusiya əlavə qüvvələr gətirdi, vəziyyət pisləşir - Kiyev

Xerson istiqamətində vəziyyət Kiyev üçün xoşagəlməz istiqamətdə dəyişir.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

"İndi biz Xerson istiqamətinə keçirik. Orada vəziyyət bizim üçün xoşagəlməz istiqamətdə dəyişir. Əlavə olaraq altıya yaxın batalyon taktiki qrupu yerləşdirilib, ümumilikdə rus qüvvələrinin sayı 30 batalyon civarındadır. Bu, nəhəng hərbi qüvvədir, onu darmadağın etmək çox çətin olacaq”, - deyə Arestoviç bildirib.

axar.az