📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya əleyhinə yeni sanksiyalar: Siyahıda Putin də var

2022-01-12 22:43:00

Rusiya əleyhinə yeni sanksiyalar: Siyahıda Putin də var

ABŞ Konqresinə Rusiyaya qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsi təqdim olunub.

ABŞ senatorlarının təklif etdiyi sanksiyalar paketi Ukraynada vəziyyətin gərginləşəcəyi təqdirdə tətbiq oluna bilər.

Qanun layihəsində sanksiyalar Rusiya Prezidenti Vladimir Putinə, o cümlədən baş nazirə, xarici işlər və müdafiə nazirinə, baş qərargah rəisinə və ən azı üç Rusiya maliyyə təşkilatına, o cümlədən "Sberbank", VTB, "Qazprombank" kimi qurumlara şamil oluna bilər. \\Axar