📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya ən müasir tankını döyüşə göndərdi

2023-04-25 15:02:00

Rusiya ən müasir tankını döyüşə göndərdi

Rusiya Ukraynadakı müharibədə ən müasir T-14 “Armata” tanklarından istifadə etməyə başlayıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə RİA Novosti mənbəyə istinadla məlumat yayıb.

“Rusiya qoşunları Ukrayna mövqelərini atəşə tutmaq üçün ən müasir “Armata” tanklarından istifadə etməyə başlayıb. Amma bu tanklar hələlik birbaşa hücum əməliyyatlarında iştirak etmir”, - məlumatda qeyd olunub.

axar.az