Rusiya Ərdoğana siyasi texnoloqlarının xidmətini təklif edib
Rusiya hakimiyyəti Türkiyədə prezident seçkilərinin ikinci turu öncəsi Rəcəb Tayyib Ərdoğana yerli siyasi texnoloqların xidmətlərini təklif edib. Bu barədə "Gizli dəftərxana" teleqram kanalı xəbər verir.
İnsayderlərin sözlərinə görə, Ərdoğan Qərbin sərt reaksiyasından ehtiyat edərək indiyədək bu cür təkliflərdən imtina edib. "Ancaq hələ qarşıda 2 həftə var, ola bilsin ki, Türkiyə liderinin fikri hələ də dəyişə bilər. Üstəlik, söhbət daha çox bəzi məsləhətləşmələrdən, təşviqatla bağlı təkliflərdən gedir, nəinki birbaşa və tam siyasi texnologiya dəstəyindən. Buna görə də, Moskvanı seçkilərə qarışmaqda ittiham etmək olmaz. Əgər bu, baş tutsa, texnoloqlar birbaşa Türkiyədə aktiv şəkildə heç bir birbaşa fəaliyyət aparmayacaqlar. Bundan başqa, heç kimə sirr deyil ki, qərbli məsləhətçilər müxalifətin namizədi Kamal Kılıçdaroğluna fəal kömək edir – bu, həm də Ərdoğan üçün mühüm məsələyə çevrilə bilər”, deyə siyasi texnologiya dairələrindəki mənbələr əlavə edir.
Ülviyyə, Hurriyyet.az