📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya Ermənistana daha 1 milyard dollar yatıracaq - "Perspektivlərə nikbin baxırıq..."

2021-10-26 16:37:00

Rusiya Ermənistana daha 1 milyard dollar yatıracaq -

"Moskva Ermənistan iqtisadiyyatına investisiya yatırılması perspektivlərinə nikbin baxır". 

Hurriyyet.az AzPolitika.info-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko RİA Novosti Agentliyinə açıqlamasında bildirib.

“Bizim iqtisadi əməkdaşlıq üçün çox yaxşı perspektivlərimiz var. Kifayət qədər nikbinik və inanırıq ki, həqiqətən də Ermənistanda Rusiya investorları, o cümlədən iri investorlar üçün cəlbedici ola biləcək bir sıra sənaye sahələri var”, - deyə Rudenko bildirib.

Xatırladaq ki, Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvax  bildirib ki, Rusiyanın Ermənistandakı toplam investisiyaları yaxın gələcəkdə  daha 1 milyard dollar artacaq. O, bu vəsaitlərin enerji, infrastruktur və nəqliyyata yönəldiləcəyini də vurğulayıb.