📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya Ermənistana silah verdi

2024-01-16 14:12:37

Rusiya Ermənistana silah verdi

Hurriyyet.az "Aysor" nəşrinə istinadla xəbər verir ki, Ermənistanın hakim "Mülki müqavilə" təşkilatından olan deputat, parlamentin Müdafiə və Təhlükəsizlik Komissiyasının üzvü, general-leytenant Qaqik Melkonyan "Azadlıq radiosu"na müsahibəsində bir partiya Rusiya silahlarının artıq Ermənistana çatdırıldığını söyləyib. Onun sözlərinə görə, Rusiya ilə imzalanmış müqavilə çərçivəsində hərbi sənaye məhsulları bu yaxınlarda Ermənistana təhvil verilib. Ermənistanın müdafiə nazirinin keçmiş müavini konkret olaraq hansı silahlardan söhbət getdiyini açıqlamayıb.
Hürr Tərcüman