Rusiya Ermənistana tonlarla yardım göndərib
2023-10-13 18:07:03
Hurriyyet.az erməni mətbuatına istinadla xəbər verir ki, Rusiyanın humanitar missiyası Ermənistana 6 ton həcmində humanitar yük göndərib. Bu barədə məlumatı Rusiyanın İrəvandakı elm və mədəniyyət mərkəzi verib. Humanitar yük Azərbaycanın Qarabağ iqtisadi rayonunda məskunlaşmış separatçı rejimin təslim olmasından sonra bölgəni könüllü şəkildə tərk eləmiş vətəndaşlara veriləcək. Humanitar yükə şəxsi gigiyena əşyaları, məişət kimyası məhsulları, ərzaq, o cümlədən dənli bitkilər, kaşalar, uşaq yeməkləri daxildir.
Hürr Tərcüman