📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya Ermənistanda hərbi təlimlərə başlayır

2023-10-04 11:50:37

Rusiya Ermənistanda hərbi təlimlərə başlayır

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Gümrü rayonunun bələdiyyəsi Rusiyanın burada yerləşən bazasında hərbi təlimlərin keçiriləcəyini bildirib və əhalini təşvişə düşməməyə çağırıb.

Təlimlər həyəcan siqnalları ilə müşayiət olunacaq.

Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazası İrəvanla Moskva arasında 1995-ci ildə imzalanmış müqaviləyə əsasən fəaliyyət göstərir. Bazanın şəxsi heyəti MDB-nin Birləşmiş HHM sistemi çərçivəsində hərbi xidmət göstərir. 2010-cu ul avqustun 20-də  Gümrü bazasının yerləşdirilməsi ilə bağlı Rusiya Federasiyası ilə Ermənistan arasındakı müavilənin müddətini 2044-cü ilə qədər uzatmaq barəsində razılıq əldə edilib. 102-ci hərbi bazanın tərkibinə İrəvanda yerləşən “Erebuni” aviabazası da daxildir.

Hürr Tərcüman