Rusiya Ermənistanda növbədənkənar parlament seçkilərini dəstəkləyə bilər – Erməni KİV-ləri
2024-07-18 10:48:42
Ermənistanın “Past” qəzeti yazır ki, Tramp ABŞ prezident seçkilərində qalib gəlsə və Rusiya-Ukrayna müharibəsini həll etsə, Rusiya Federasiyası Cənubi Qafqazda daha ciddi addımlar atacaq. Mənbənin sözlərinə görə, Ermənistan hakimiyyəti bunu başa düşür və buna görə də anti-Rusiya mövqelərini yumşaldırlar.
“Ukrayna müharibəsindən əllərini çıxaran Rusiya Ermənistanda növbədənkənar parlament seçkilərini dəstəkləyə bilər. Üstəlik, hökumətin pərdəarxası söz-söhbətlərə görə, bu, Qərbin sayəsində ola bilər və yeni parlamentin 70 faizi rusiyayönlü və milli qüvvələrdən, 30 faizi isə qərbyönlü qüvvələrdən ibarət olacaq”, deyə qəzet qeyd edir.
Ülviyyə, Hurriyyet.az