📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“RUSİYA ƏSAS ZƏRBƏNİ BU İSTİQAMƏTDƏ GÖZLƏYİR...” – Britaniya kəşfiyyatının hesabatında nə deyilir?

2023-04-12 15:03:00

“RUSİYA ƏSAS ZƏRBƏNİ BU İSTİQAMƏTDƏ GÖZLƏYİR...” – Britaniya kəşfiyyatının hesabatında nə deyilir?

Rusiya Ukrayna Ordusunun əks-hücumunda əsas zərbəni Melitopol istiqamətində gözləyir.

Hurriyyet.az xəbər verir ki, Böyük Britaniya kəşfiyyatının son hesabatında Rusiya ordusunun Melitopol istiqamətində qurduğu müdafiə istehkamlarından söz açılır.

Hesabatda deyilir ki, Rusiya əsas zərbənin məhz bu istiqamətdən olacağını güman etdiyi üçün 120 kilometr məsafədə 3 sıradan ibarət müdafiə xətləri quraşdırır. Bu xətlərin arasında 10-20 kilometr məsafə var. Qeyd olunur ki, 2-ci və 3-cü sıralar daha mürəkkəb formada hazırlanıb.

Bununla yanaşı, Britaniya kəşfiyyatı hesab edir ki, sadəcə istehkamların tikilməsi Melitopolu qorumaq üçün kifayət deyil: “Bu müdafiə xətləri potensial təhlükə yarada bilər, lakin onların effektivliyi tamamilə artilleriya dəstəyi və lazımi sayda hazırlıqlı canlı qüvvənin mövcudluğundan asılıdır”. Britaniya kəşfiyyatı bu istehkamları hazırlayan Rusiya ordusunun cənub qruplaşmasının lazımi miqdarda canlı qüvvə və artilleriya resurslarına malik olmasına şübhə ilə yanaşdığını bilıdirib.

Xatırladaq ki, Melitopol şəhəri ötən il martın 1-də işğal olunub. Şəhərdə ciddi partizan və müqavimət hərəkatı var. Bununla yanaşı, məhz Melitopol Ukrayna Ordusunun əks-hücumu və Azov dənizinə ən qısa yolla çıxışı üçün optimal istiqamət hesab olunur.

azpolitika.info