Rusiya Estoniyanın Baş nazirini axtarışa verib
2024-02-13 14:47:54
Hurriyyet.az xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyi Estoniyanın Baş naziri Kaya Kallası axtarıışa verib. Bu barədə məlumat RF DİN-in axtarış bazasında yerləşdirilib: "Kallas Kaya. Cinayət Məcəlləsinin maddəsi üzrə axtarışdadır". Baş nazirin məhz hansı maddə üzrə axtarışda olduğu açıqlanmır.
Bazada Estoniyanın dövlət katibi Taymar Peterkopun da axtarışda olduğu barəsində informasiya yerləşdirilib.
Hüquq-mühafizə orqanlarınından TASS informasiya agentliyinə verilən məlumata görə, Kallas və Petrkopa qarşı "sovet hərbçilərinə qoyulmuş abidələrin məhv edilməsi və zərər vurulması üzrə cinayət işi" qaldırılıb.
Hürr Tərcüman