📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Rusiya Estoniyanın hava sərhədlərini pozur, Baltik ölkələrinə raket zərbələrinin vurulmasını məşq edir”

2022-06-22 18:11:00

“Rusiya Estoniyanın hava sərhədlərini pozur, Baltik ölkələrinə raket zərbələrinin vurulmasını məşq edir”

Hurriyyet.az “Qruziya Onlayn” portalına istinadla xəbər verir ki, Estoniyanın Müdafiə Nazirliyinin kansleri Kusti Salm Finlandiya mətbuatına müsahibəsində Rusiyanın Baltik ölkələrinə raket zərbələrinin imitasiyasını həyata keçirdiyini bildirib. O, bu məlumatı NATO-dakı mənbələrin verdiyini və Rusiyadan Estoniyaya raket zərbələrinin imitasiyası təlimlərinin davam elədiyini söyləyib. Kusti Salm bir neçə gün bundan əvvəl Rusiyanın vertolyotlarının Estoniyanın hava məkanının sərhədlərini pozduğunu da əlavə edib: “Rusiya vertolyotları bir neçə dəfə sərhədi pozublar. Söhbət, nə sahildən 50 mil uzaqdakı gəmilərdən, nə də təyyarələrdən geir. Söhbət vertolyotlardan gedir. Vertolyotlar sərhədi təsadüfən keçmir”.

NATO-dakı mənbələr Rusiyanın vertolyotlarının hücum təlimləri keçdiyini xəbər veriblər.

Estoniya MN bu vəziyyətə çox ciddi yanaşır.  Salm deyib: “Ruslar hesab edirlər ki, biz müstəqilliyə layiq deyilik. Onların bu yaxınlarda keçirdikləri əməliyyatlar və strateji kommunikasiyalar buna sübutdur”.

Qeyd edək ki, Rusiya vertolyotlarının ölkənin hava məkanını pozmasına etiraz olaraq, Rusiya səfiri Estoniya XİN-ə çağrılıb.

Hürr Tərcüman