Rusiya Federasiyasının dəniz piyada briqadasının komandirini məhv ediblər
Ukrayna hərbçiləri Rusiya dəniz piyada briqadasının komandirini öldürüb.
Hurriyyet.az xəbər verir ki, bu barədə Odessa Regional Hərbi Administrasiyasının operativ qərargahının spikeri Sergey Bratçuk məlumat verib.
O qeyd edib ki, düşmənlər, o cümlədən Odessaya basqın etməyi planlaşdıran rus dəniz piyadaları indi Nikolayevlə Mariupol arasında hardasa “çürüyürlər”.
"Yaxşı xəbər var - Rusiya dəniz piyadalarının briqadasının komandiri məhv edilib", - deyə Bratçuk bildirib.
O, Ukrayna Silahlı Qüvvələrinə və doğma torpaqlarını işğalçılardan qoruyan hər kəsə təşəkkür edib. Bratçuk hər kəsə xoş gün və xoş xəbərlər arzulayıb. O, qələbəyə inandığını da əlavə edib.
"Ukraynalı qadınları zorlamağa cəhd edən, ukraynalı uşaqları öldürməyə cəhd edən hər kəslə belə olacaq. Onları bağışlanmayacaq" - deyə Bratçuk bildirib.
YƏHYA