Rusiya Finlandiyaya qaz nəqlini dayandırdı
2022-05-21 11:33:00
Hurriyyet.az Türkiyənin “Hürriyet” nəşrinə istinadla xəbər verir ki, Finlandiyanın NATO-ya üzvlük üçün müraciət eləməsi səbəbindən Rusiyanın bu ölkə ilə münasibətləri gərginləşməkdədir. Rusiya Finlandiyaya qaz verilməsini dayandırıb. Bu barədə açıqlamanı Finlandiyanın “Qasun” enerji şirkəti verib. Şirkət Finlandiyanın Rusiyanın rublla ödəniş eləmək tələbini qəbul eləmədiyi üçün qaz verilişinin dayandırıldığını bildirib. Şirkət ölkənin Finlandiya ilə Etoniyanı birləşdirən “Balticconnector” boru xətti vasitəsi ilə qaz almağa davam edəcəyini, qazla təminatda problem yaranamayacağını bildirib.
Təbii qaz Finlandiyanın enerji istehlakının 8%-ni təşkil edir və onun böyük hissəsi Rusiyadan alınırdı.
Hürr Tərcüman