Rusiya Fransaya çağırış etdi: Zorakılıqdan əl çək!
2024-05-18 23:50:06
Rusiya Fransanı Yeni Kaledoniya xalqına qarşı zorakılıqdan çəkinməyə, əhalinin hüquq və azadlıqlarına hörməti təmin etməyə çağırır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.
O, mayın 13-də polisin etirazçılara qarşı zorakılıq törətməsinə də diqqət çəkib.
Rəsmi nümayəndə ölkəsinin mülki şəxslərə qarşı bu cür yanaşmanı qətiyyətlə pislədiyini vurğulayıb.
Qeyd edək ki, Yeni Kaledoniyada aksiyaçılara polisin müdaxiləsi nəticəsində 5 nəfər ölüb, onlarla şəxs yaralanıb. \\Axar.Az