Rusiya Haaqa məhkəməsində özünü müdafiə etməkdən imtina etdi – RƏSMİ
Rusiya hökuməti Beynəlxalq Ədalət Məhkəməsinə bildirib ki, Rusiya Federasiyası Ukraynanın soyqırımı qadağan edən konvensiyanı pozmaq ittihamlarına qarşı özünü müdafiə etməkdə maraqlı deyil.
Hurriyyet.az xəbər verir ki, bu barədə “Европейская правда” məlumat yayıb.
Rusiyaya qarşı iş üzrə dinləmələr zamanı Beynəlxalq Ədalət Məhkəməsinin sədri Coan Donoqu rəsmi yazılı rədd cavabı aldığını açıqlayıb.
“Rusiyanın Hollandiyadakı səfiri Aleksandr Şulqin martın 5-də yazdığı məktubda Rusiyanın prosesdə iştirak etmək niyyətində olmadığını bildirib. Məhkəmə Rusiyanın bu dinləmələrdə iştirak etməmək qərarından təəssüflənir”.
Qeyd edək ki, Rusiyanın müdafiədən imtinası dinləmələri dayandırmır.
AP müxbiri xəbər verir ki, məhkəmə zalında ruslar üşün oturacaqlar hazırlanıb, onlar boş qalıb.
Hurriyyet.az