📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Rusiya hakimiyyəti yeni bəhanələr uydurur" - Pavel Durov

2026-02-24 20:26:30

Hakimiyyət hər gün rusiyalıların “Telegram”a çıxışını məhdudlaşdırmaq üçün yeni bəhanələr uydurur.

APA Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu “Telegram” platformasının yaradıcısı Pavel Durov deyib.

O deyib ki, bununla da hakimiyyət şəxsi həyatın toxunulmazlığı və söz azadlığı hüququnu boğmağa çalışır: “Öz xalqından qorxan dövlətin acınacaqlı mənzərəsidir.”

Qeyd edək ki, Rusiyada Pavel Durova qarşı terror fəaliyyətinə yardım maddəsi üzrə cinayət işi açılıb.