📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya hazırda Ukraynanın bu ərazilərinə zərbələr endirir

2022-02-26 13:17:00

Rusiya hazırda Ukraynanın bu ərazilərinə zərbələr endirir

Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin qoşun qruplaşmalarına və aerodromlara aviazərbələr endirməyi davam etdirirlər.

Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Məlumata görə, Rusiya sözügedən zərbələri Ukraynanın şərqində və Kiyev vilayətinin şimal hissəsində həyata keçirir. 

Bildirilir ki, Rusiya tərəfi Ukrayna ilə sərhəd rayonlara ehtiyat bölmələrinin köçürülməsinə başlayıb. 

Həmçinin Sumı, Poltava, Mariupol bölgələrinə hava zərbələri endirilib.