📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya HDQ baş komandanının müavini həlak oldu

2025-07-03 14:27:24

Rusiya HDQ baş komandanının müavini həlak oldu

Qvardiya general-mayoru, Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanının müavini Mixail Qudkov Kursk vilayətində həlak olub.

Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı Amur vilayətinin qubernatoru Oleq Kojemyako teleqram kanalında yayıb.

“Komandirlə birlikdə onun sadiq yoldaşı və ortaq dostumuz Nəriman Şıxəliyev də həlak olub”, - o bildirib.

Qafqazinfo.az