Rusiya Həması rəsmən dəvət edib – Uzlaşma baş tutacaqmı?
Hurriyyet.az “Akşam” nəşrinə istinadla xəbər verir ki, Həmas hərəkatının Siyasi Bürosunun üzvü və beynəlxalq məsələlər üzrə məsul şəxsi Musa Əbu Mərzuk Fələstində uzlaşma danışqıqları üçün Rusiya tərəfindən dəvət edildiklərini bildirib.
Əbu Mərzuk “Aksa” telekanalına açıqlamasında üzvü olduğu hərəkatın Fələstinin milli birliyi və varlığı ilə bağlı heç bir dəvəti rədd etmədiyini söyləyib.
Əbu Mərzuk Fələstin hökumətini və Fəth hərəkatını özünə tənqidi yanaşmağa və səhvlərini etiraf eləməyə çağırıb.
2007-ci ildən bəri Fələstində ciddi coğrafi və siyasi parçalanma problemləri mövcuddur. Həmas hərəkatı Qəzzada blokada altında şəhəri idarə edir. Mahmud Abbasın başçılıq elədiyi Fəth hərəkatı isə yaratdığı hökumətlə İordan çayının qərb sahilindəki iqtidara rəhbərlik edir.
Bu parçalanmanın aradan qaldırılması üçün atılan addımlar və uzlaşma üçün səylər uzun müddətdir ki, nəticəsiz qalıb.
Həmas 1987-ci ildə Şeyx Əhməd Yasin, Əbdüləziz əl Rantisi və Məhəmməd Taha tərəfindən Misirdəki Müsəlman qardaşlar təşkilatının Fələstin qolu olaraq qurulmuşdu.
1988-ci ildəki Həmas öz siyasi proqramında Fələstinin əsla, qeyri-müsəlmanlar tərəfindən qurulmuş bir İslam ölkəsi olmayacağını bildirmişdi və fələstinli müsəlmanlar üçün Fələstinin idarəsini İsraildən almaq məqsədilə döyüşməyi dini cihad kimi qiymətləndirirdi. Bu, 1988-ci ildə İsraili bir dövlət kimi tanıyan Fələstin Azadlıq Təşkilatı ilə Həmas arasında münaqişəyə gətirib çıxarmışdı.
Hürr Tərcüman