“Rusiya hər ay 40 minə yaxın hərbçisini itirir” - Pritula
“İndi Rusiya hər ay 40 minə yaxın hərbçisini itirir”.
Hurriyyet.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Mixail Pritula “Kiyev24” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiya lideri Vladimir Putin yeni səfərbərlik elan edə bilər.
“Onların ay ərzində 40 min hərbçi itirmələri təxmini rəqəmdir. Bir hərbçi itirən zaman 20 min dollar xərcləsələr də, bu rəqəm onlar üçün tamamilə məqbuldur. Onlar yavaş-yavaş irəliləmək və müharibəni davam etdirmək üçün ayda 80 milyon xərcləyirlər”, – deyə o, qeyd edib.
Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bu yaxınlarda bildirib ki, 2025-ci ildə Kreml ya Ukraynaya qarşı müharibəni dayandırmağa, ya da yeni məcburi səfərbərlik elan etməyə məcbur olacaq. Onun sözlərinə görə, Putin bu qərarı son dəqiqəyə qədər təxirə salmağa çalışacaq. O, səbəb kimi, Rusiya liderinin yeni genişmiqyaslı səfərbərlik elan olunacağı təqdirdə siyasi qeyri-sabitlikdən qorxmasını göstərib.
AzPolitika.info