Rusiya hərbçiləri iki yaşayış məntəqəsini nəzarətə götürüblər
2026-08-20 22:16:47
Rusiya ordusu Donetsk vilayətində iki yaşayış məntəqəsini nəzarətə götürüb.
Hurriyyet.media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi rəsmi açıqlama verib.
Açıqlamada bildirilir ki, Rusiya hərbçiləri Donetsk regionunda yerləşən Nikolaypolye və Matyaşevo yaşayış məntəqələrinə nəzarəti ələ keçiriblər.