Rusiya hərbi bazasını Azərbaycan sərhədinə yaxın əraziyə KÖÇÜRDÜ
2021-09-02 13:30:00
Rusiya Xəzər dənizindəki əsas hərbi bazasının daimi dislokasiya yerini dəyişib.
Hurriyyet.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 2018-ci ildə elan edilmiş plana əsasən, Xəzər Hərbi Donanmasının dislokasiya yeri Həştərxandan Kaspiysk şəhərinə köçürülüb.
Beləliklə, rəsmi Moskva əsas bazanın yerini 385 kilometr cənuba köçürüb. Donanmanın 33 gəmisi artıq daimi dislokasiya və xidmət keçmək üçün Kaspiysk limanında lövbər salıb.
Rusiya müdafiə nazirinin müavini Timur İvanov hərbi bazanın Dağıstana köçürülməsini Xəzərin şimalında suyun səviyyəsinin yaxın illərdə aşağı düşməsi proqnozları ilə əlaqələndirib.
Xatırladaq ki, Kaspiysk şəhəri Azərbaycan sərhədindən 180 kilometr uzaqlıqda yerləşir.