Rusiya hərbi gəmilərini Qara dənizə yolladı
2022-02-08 17:00:00
Atlantik okeanından Sakit okeana qədər bütün donanmalar təlim keçəcəklər
Hurriyyet.az “TRT Haber” agentliyinə istinadla xəbər verir ki, Rusiyaya məxsus 6 hərbi gəmi təlim məqsədi ilə Aralıq dənizindən Qara dənizə göndərilib. Bu barədə açıqlamanı Rusiyanın Müdafiə Nazirliyi verib.
Yanvar ayında Rusiyadan verilən açıqlamada yanvar və fevral aylarında Sakit okeandan Atlantik okeanına qədər bütün donanmaların daxil olduğu irimiqyaslı təlimlər keçiriləcəyi bəyan edilmişdi.
Bəlli olduğu kimi, son zamanlar Rusiya ilə Qərb arasında getdikcə artan gərginlik dünya gündəminin əsas mövzusuna çevrilib.
Hürr Tərcüman