📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya hərbi helikopteri qəzaya uğradı - Ölənlər var

2023-05-12 23:36:00

Rusiya hərbi helikopteri qəzaya uğradı  - Ölənlər var

Krımda Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Mi-28 tipli helikopterin qəzaya uğraması nəticəsində 2 pilot həlak olub.

Bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

Açıqlamada bildirilib ki, Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Mi-28 tipli helikopterin təlim uçuşu zamanı qəzaya uğrayıb:

"Uçuş döyüş sursatı olmadan həyata keçirilib. Vertolyotun düşdüyü ərazidə dağıntılar baş verib və qəza nəticəsində 2 pilot həyatını itirib". 

Araşdırma aparmaq üçün hadisə yerinə ekspertlər göndərilib. \\Redaktor.Az