"Rusiya hərbi kontingentinin iki ildən sonra və ya tez Qarabağımızı tərk edəcəyinə inamımız güclənib" - POLİTOLOQ
"Rusiyanın başının özünə qarışması Ermənistandakı radikal qüvvələrlə Qarabağdakı erməni separatçılarını narahat etməyə başlayıb"
"Rusiyada qiyam yatırılsa da, rusların beyinlərdə xaos davam edir, "bundan sonra nə olacaq?" sualı aktuallaşıb. Rusiyanın başının özünə qarışması Ermənistandakı radikal qüvvələrlə Qarabağdakı erməni separatçılarını narahat etməyə başlayıb". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
Politoloqun sözlərinə görə, bu qüvvələr Priqojin-Putin qarşıdurmasına qədər də Kremlin Cənubi Qafqaza nəzarətinin zəifləməsindən narahat idilər, indi isə durumun onların əleyhinə inkişaf edəcəyini proqnozlaşdırırlar: "Haqlıdırlar, son hadisələr Rusiya ordusunun və Kremlin imicinə ciddi zərbə vurub. Rusiyanın zəifləməsini və Ukraynanın müharibədə qələbəsini arzulayanlar ümidlidirlər. Rusiya hərbi kontingentinin iki ildən sonra və ya tez Qarabağımızı tərk edəcəyinə inamımız güclənib. Bunun reallaşması üçün var gücümüzlə çalışmalıyıq".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az