Rusiya hərbi texnikasını Mariupoldan çıxarır
Hurriyyet.az xəbər verir ki, Rusiya hərbçiləri işğal edilmiş Ukrayna şəhəri Mariupoldan hərbi texnikanı çıarmağa başlayıblar. Maşın karvanı Berdyansk istiqamətində irəliləyir. Bu barədə açıqlamanı şəhərin merinin müşaviri Pyotr Andryuşenko öz “Teleqram” kanalında verib. Onun sözlərinə görə, rusiyalılar partizanlar əleyhinə tədbirləri gücləndirirlər: “Şəhərin demək olar ki, bütün rayonlarında patrullar və postlar gücləndirilib. İlk dəfədir ki, Dram teatrının binasının qarşısında stasionar partul müşahidə edilir. İstisnasız olaraq bütün avtomobillər yoxlanılır. “DNR DTN” (qondarma Donetsk Xalq Respublikasının Dövlət Təhlükəsizliyi Nazirliyi – red.) Ukraynanın hüquq-mühafizə orqanlarının əməkdaşlarının və hərbçilərin mənzillərində növbəti dəfə axtarışlar aparılır, qapılar sındırılır. Rabitə avadanlıqları axtarırlar”.
Hürr Tərcüman
