📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya heyəti 3 saat əvəzinə 9 saat havada olub - Cenevrəyə bu marşurtla gedib + FOTO

2026-02-18 13:27:54

Rusiya heyəti 3 saat əvəzinə 9 saat havada olub - Cenevrəyə bu marşurtla gedib + FOTO

Məlum olduğu kimi, dünən Cenevredə Ukrayna-ABŞ-Rusiya üçtərəfli danışıqları başlayıb.

Hurriyyet.org  xarici KİV-ə istinadla xəbər verir ki, Vladimir Medinskinin rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti danışıqlar üçün getdiyi Cenevrəyə 3-4 saat əvəzinə 9 saata çatıb. 

Belə ki, nümayəndə heyətinin uçuş marşrutu Rusiyaya “dost olmayan” ölkələrdən yan keçməyə məcbur olub. Buna görə də birbaşa qısa məsafə əvəzinə təyyarə Qara dəniz, Türkiyə, Aralıq dənizi və uçuşa icazə verən İtaliya vasitəsilə Cenevrəyə çata bilib.