📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya heyəti həmin tarixdə İstanbulda olacaq - Kremldən açıqlama

2025-05-30 18:49:17

Rusiya heyəti həmin tarixdə İstanbulda olacaq - Kremldən açıqlama

Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, RF Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Ukrayna ilə danışıqlarda iştirak edəcək Rusiya heyətinin Türkiyəyə yola düşməyə hazırlaşdığını və iyunun 2-də İstanbulda danışıqlarda iştirak edəcəyini bildirib.
Peskov mayın 30-da keçirilən mətbuat konfransında  deyib: "Bu gün sizə xəbər vermək istəyirəm ki, bizim nümayəndələrimiz, Rusiyanın danışıqlarda iştirak edəcək heyəti İstanbula yola düşür. Bazar ertəsi günü səhər heyət danışıqların ikinci mərhələsində iştirak etməyə hazır olacaqdır".
Hürr Tərcüman