📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya Hindistana SWIFT-ə alternativ olaraq rubl və rupi ilə ödəmə sisteminə keçməyi təklif edib

2022-03-31 13:38:00

Rusiya Hindistana SWIFT-ə alternativ olaraq rubl və rupi ilə ödəmə sisteminə keçməyi təklif edib

Hindistan və Rusiya rupi və rubl ödəniş sxemini araşdırır. Bu barədə "Bloomberg" yazır.
Bu mexanizm işləsə, Hindistanlı ixracatçılar üçün Rusiyaya satışları artırmaq üçün pəncərə də aça bilər. "Bloomberg" yazır ki, Rusiya Hindistana ölkələr arasında ikitərəfli ödənişlər üçün Rusiya Mərkəzi Bankı tərəfindən hazırlanmış Maliyyə Mesajlaşma Sistemini istifadə etməyi təklif edib. Mənbələrin məlumatına görə, Hindistan sanksiyalar altında olan ölkədən neft və silah almağa can atır.
Plan Rusiyanın SPFS sistemindən istifadə edərək rublla ödənişləri nəzərdə tutur. Yekun qərar hələ verilməyib, lakin məsələnin Rusiyanın XİN naziri Sergey Lavrovun cümə axşamı Hindistana iki günlük səfəri zamanı müzakirə olunacağı ehtimal edilir.

Ülviyyə, Hurriyyet.az