📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya Hindistanın ən böyük neft tədarükçüsü oldu

2022-11-03 15:46:00

Rusiya Hindistanın ən böyük neft tədarükçüsü oldu

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Rusiya Federasiyası Səudiyyə Ərəbistanı və İraqı geridə qoyaraq Hindistanın ən böyük neft tədarükçüsünə çevrilib.

“Vorteks” şirkətinin məlumatına görə, Hindistanın oktyabr ayındakı ümumi idxalının 22 faizini təşkil edən 946 min barrel nefti Rusiya verib. Bu rəqəm həm də Hindistanın indiyə qədər Rusiyadan aldığı aylıq neftin ən böyük həcmi kimi qeydə alınıb.

Oktyabr ayı ərzində Hindistan Rusiyadan gündəlik 106 min barrel yanacaq satın alıb.

Ötən ay İraq Hindistanın idxal elədiyi neftin 20,5%-nin, Səudiyyə Ərəistanı isə 16%-ni ixrac edib.

Hindistan dünyanın ən böyük üçüncü neft idxalçısıdır.

Hürr Tərcüman