📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya Hindistanla dostluq yolunda...

2022-04-20 16:41:00

Rusiya Hindistanla dostluq yolunda...

Rusiya Hindistanla dostluğu bərpa edir. “The Economic Times” yazır ki, Hindistan Rusiyanın əsas elmi tərəfdaşı ola bilər. Rusiya Elmlər Akademiyası (RAS) artıq Hindistan Milli Elmlər Akademiyasından olan həmkarlarına müraciət edib.
Ən trend sənayelər əczaçılıq, kosmik tədqiqatlar və İT-dir. Hindistan əczaçılıq şirkətləri dünyanın ən böyüklərindəndir. Hindistanın "Dr Reddy's" və "Sun Pharma" əczaçılıq şirkətləri Rusiyada fəaliyyət göstərir və birlikdə Rusiya dərman bazarının 2%-ni təşkil edir.
İki ölkə birgə Hindistanın ilk "Qaqanyaan" kosmik gəmisi üçün astronavtlar hazırlayır. İlk  uçuş 2023-cü ilin əvvəlində baş verə bilər ki, bu da Hindistan üçün böyük texnoloji sıçrayış olacaq.
Rusiyaya qarşı sanksiyaların tətbiqinə dəstək verməyən Hindistan həmçinin Rusiyaya ərzaq tədarükünü artıracaq. Hindistan İxracatçılar Federasiyasının baş direktoru Ajay Sahay bildirib ki, çay, kofe, düyü, meyvə, qənnadı məmulatları və dəniz məhsulları olan gəmilər artıq Gürcüstan limanlarından Rusiyaya gediblər.
"The Economic Times" həmçinin aşkarlayıb ki, çatdırılmalar, o cümlədən "Sberbank" və "Alfa-Bank" vasitəsilə ödənilir. Hər iki bank Qərbin sanksiyaları altında olduğundan ixrac dollarla deyil, milli valyutalarla - rubl və rupi ilə ödənilir.

Ülviyyə, Hurriyyet.az