Rusiya husilərlə danışıqlara başlayıb
2024-09-25 11:33:15
Hurriyyet.az xəbər verir ki, "Röyter" agentliyinin mənbələrə istinadla verdiyi məlumata görə, Rusiya İran vasitəsi ilə Yəmən husiləri ilə danışıqlara başlayıb. Xəbərdə danışıqların mövzusunun Moskvanın husilərə P-800 "Oniks" uzaq mənzilli gəmivuran raketlər verməsi olduğu iddia edilir. Silah tədarükü barəsində qərarın hələ qəbul edilmədiyi, yaxın həftələrdə Tehranda yeni görüşlər keçirilməsinin planlaşdırıldığı bildirilir.
Hürr Tərcüman