Rusiya ilə ABŞ arasında diplomatik münasibətlər dayandırıla bilər
2023-12-22 15:30:43
Hurriyyet.az xəbər verir ki, Rusiyanın vəsaitlərinin dondurulması ABŞ ilə diplomatik münasibətlərin dayandırılmasına səbəb ola ilər. “İnterfaks” agentliyinin məlumatına görə, bu açıqlamanı RF XİN rəhbərinin müavini Sergey Ryabkov verib.
Kremlin mətbuat katibi Dmitri Peskov da bu ssenarinin reallaşdırılacağı təqdirdə, Rusiyanın vəsaitləri dondurmaq təşəbbüskarlarını heç vaxt rahat buraxmayacağını bəyan edib. RF Prezidentinin mətbuat katibi deyib: “Bunun hüquqi nəticələri olacaq. Moskva məhkəməyə vermək hüququndan istifadə edəcək. Bundan başqa, Rusiya tərəfi cavab olaraq nələri müsadirə edə biləcəyi məsələsini nəzərdən keçirəcək”.
Hürr Tərcüman