"Rusiya ilə ABŞ Türkiyəyə etibar edirlər"
2024-08-05 20:20:03
Hurriyyet.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirə ikigünlük səfərinin sonunda həmin ölkənin xarici işlər naziri Bədir Abdulati ilə birgə mətbuat konfransı keçirib.
Hakan Fidan Türkiyədə müxtəlif ölkələrdən olan 26 nəfər məhbusun mübadilə edilməsi əməliyyatı barəsində sualın cavabında deyib: "Ötən həftə Ankarada baş tutmuş məhbus mübadiləsi Rusiya ilə ABŞ-ın Türkiyəni etibarlı tərəfdaş hesab etdiklərini göstərir".
Nazir Türkiyənin Milli Kəşfiyyat İdarəsinin əməliyyatın əvvəlindən sonuna qədər amerikalı və rusiyalı həmkarları ilə birgə çalışdıqlarını da qeyd edib.
Hürr Tərcüman