Rusiya ilə Amerika “Milan-2022” təlimlərində iştirak edəcəklər
2022-02-12 14:55:00
Hurriyyet.az “Kommersant” nəşrinə istinadla xəbər verir ki, Rusiya ilə ABŞ Hindistanda keçirilən “Milan-2022” hərbi-dəniz təlimlərində iştirak edəcəklər. Bu barədə məlumatı “Hindu” nəşri verib. Təlimlər 26 fevral-4 mart tarixlərində keçiriləcək.
Nəşrin verdiyi məlumata görə, Rusiya ilə ABŞ manevrlərdə iştirak edəcəklərini rəsmən təsdiqləyiblər. Bundan başqa, daha 33 ölkə təlimlərdə iştirak edəcəyini bildirib. İştirakçıların sayı artdığına görə, təlimlər Hindistanın cənub-şərqindəki Vişakhapatnam limanı rayonunda keçiriləcək.
Hürr Tərcüman