Rusiya ilə Avropadan "Yanacaq karuseli" oyunu: Rusiya neft məhsulları Yaxın Şərqdən Avropaya gedir
"Vortexa" enerji bazarının məlumatları göstərir ki, bu ilin fevral ayından etibarən Avropa ölkələrinin imtina etdiyi Rusiya neft məhsullarının axını üzünü getdikcə Yaxın Şərqə çevirib və onların həcmi hər ay artır.
İyun ayında bu göstərici 2016-cı ildən bəri ən yüksək göstərici olan 155 000 barel/günə çatıb. Həcmin üçdə birindən çoxu Fuceyrədəki (BƏƏ) neft ticarəti anbarına gedib. Təbii ki, Rusiya mənşəli yanacağın Füceyrəyə “atılandan” sonra nə baş verdiyini izləmək demək olar ki, mümkün deyil.
Yeri gəlmişkən, bu yazın əvvəlindən Yaxın Şərqdən Avropaya yanacaq ixracı artmaqdadır. Bunun bariz nümunəsi aprel ayında Yaxın Şərqdən Aİ-yə sutkada 370 000 barel dizel yanacağının çatdırılmasıdır. Bu həcm əvvəlki ayın ixrac həcmini 2 dəfə üstələyib.
Məntiq hər kəsə aydın görünür. Aİ ya Rusiya yanacağını Yaxın Şərq yanacağı ilə əvəz edib, ya da Rusiya yanacağını alır, sadəcə olaraq "vasitəçi vasitəsilə".
Ülviyyə, Hurriyyet.az