📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya ilə bağlı ŞOK İDDİA yayıldı - SON DƏQİQƏ AÇIQLAMASI

2026-10-05 18:34:44

Rusiya ilə bağlı ŞOK İDDİA yayıldı - SON DƏQİQƏ AÇIQLAMASI

Estoniya rəhbərliyi Rusiya ilə sərhəd bölgələrinə elitar və xüsusi təyinatlı hərbi birləşmələrini yerləşdirməyə və "aktiv müdafiə" doktrinasına keçməyə başlayıb.

Bu barədə "Financial Times" (FT) nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Tallin həmçinin Rusiyanın dərin arxa cəbhəsində yerləşən strateji hərbi obyektləri və hədəfləri dəqiqliklə vurmaq gücünə malik uzaqvuran müasir silah sistemlərinin və sursatların satınalınmasını sürətləndirib. Baltikyanı ölkə sərhəd xəttində müdafiə istehkamlarını möhkəmləndirməyə davam edir.

Bəs Rusiyadan Estoniyaya real təhlükə varmı?

ROVSEN.jpg (15 KB)

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, burada söhbət Estoniyanın ehtiyat etdiyi mümkün ssenaridən gedir:

"Estoniya üçün təhlükənin əsas səbəbi ölkənin Rusiya ilə birbaşa sərhədinin olması və NATO-nun şərq cinahında yerləşməsidir. NATO da Rusiyanı Alyansın təhlükəsizliyi üçün "ən mühüm və birbaşa" təhdid kimi qiymətləndirir və Estoniyada Britaniya rəhbərliyində çoxmillətli NATO qüvvələri saxlayır".

Ekspert qeyd edib ki, Estoniyanın Xarici Kəşfiyyat Xidmətinin qiymətləndirməsində Rusiyanın 2026-cı ildə Estoniyaya və ya başqa NATO ölkəsinə hücum etmək niyyətinin olmadığı bildirilirdi:

"Hesabatda bununla yanaşı, Rusiyanın hərbi imkanlarını yenidən qurduğu və gələcək illərdə potensialının arta biləcəyi vurğulanırdı. Deməli, hazırkı vəziyyətdə Rusiyanın Estoniyaya qarşı dərhal hərbi müdaxiləyə hazırlaşdığına dair Tallinin əlində təsdiqlənmiş məlumat yoxdur, amma perspektivdə riskin olduğu Estoniya və NATO tərəfindən ciddi qəbul edilir. Estoniyanın "aktiv müdafiə" strategiyasına keçməsi də məhz bu riskə qarşı çəkindirməni gücləndirmək məqsədi daşıyır. Estoniyanın narahatlığı əsassız deyil, lakin bunu Rusiyanın yaxın günlərdə və ya aylarda Estoniyaya hücum edəcəyi kimi təqdim etmək düzgün olmaz. Əsas məsələ Rusiyanın hazırda belə bir qərar verib-verməməsindən çox, Ukrayna müharibəsindən sonra Moskvanın hərbi resurslarını hansı istiqamətdə yönəldə biləcəyidir. Estoniya Ukrayna müharibəsindən sonrakı dövrə hazırlıq görür. Məhz bu səbəbdən sərhədə yaxın qüvvələr yerləşdirir və uzaqmənzilli silahlar alır".