📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya ilə birlikdə Laçın dəhlizi üzərində işləyirik - Qriqoryan

2022-12-20 16:28:00

Rusiya ilə birlikdə Laçın dəhlizi üzərində işləyirik - Qriqoryan

Ermənistan Qarabağın (əslində, Qarabağdakı erməni icmasının –red) təhlükəsizliyini təmin etmək üçün üzərinə düşən öhdəlikləri yerinə yetirir.

Hurriyyet.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“10 noyabr bəyanatında Rusiya Laçın dəhlizinin fəaliyyətini təmin etmək öhdəliyi götürüb. Təbii ki, biz Laçın dəhlizinin tezliklə açılması üçün Rusiya ilə birlikdə işləyirik. Mən müxalifəti də bu istiqamətdə işləməyə çağırardım”, - Qriqoryan bildirib.

axar.az