📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya ilə Çin ABŞ-a "söz atdılar"- “Mərkəzi Asiyanın işlərinə kənardan müdaxilə cəhdlərinə qarşıyıq"

2023-03-23 12:13:00

Rusiya ilə Çin ABŞ-a

Rusiya Federasiyası və Çin “Mərkəzi Asiyanın işlərinə kənardan müdaxilə cəhdlərinə” qarşıdırlar. Bu barədə Putin və Çin prezidenti Cinpinq arasında danışıqların yekunları üzrə imzalanmış iki ölkə arasında birgə bəyanatda deyilir.
“Tərəflər Mərkəzi Asiya ölkələrinin suverenliklərinin və milli inkişafının təmin edilməsində onlara dəstək vermək üçün qarşılıqlı koordinasiyanı gücləndirməyə hazırdırlar, “rəngli inqilablar” və regionun işlərinə xaricdən müdaxilə cəhdlərini qəbul etmirlər”, sənəddə deyilir.
Ötən ay ABŞ dövlət katibi Blinken CA regionuna səfər edib. Bu səfər Vaşinqtonun regionda öz təsirini saxlamaq cəhdi və Mərkəzi Asiya ölkələrinin Moskvadan uzaqlaşdırılması istiqamətində konkret addım kimi qiymətləndirilə bilər. ABŞ-ın məqsədlərindən biri də Çinin bölgədəki iqtisadi və siyasi üstünlüyünü zəiflətməkdir. Bundan əlavə, Böyük Britaniyanın XİN naziri Kleverli ilk dəfə olaraq Mərkəzi Asiya regionuna səfər edib.

Ülviyyə, Hurriyyet.az