Rusiya ilə Çin arasında ticarət dövriyyəsində ağlagəlməz artım
2022-09-07 12:46:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin mətbuat xidmətinin məlumatına görə, yanvar-avqust aylarında Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 31,4% artaraq 117,2 milyard dollara çatıb.
Qeyd olunur ki, bu ilin 8 ayı ərzində Çinin Rusiyaya ixracı 8,5% artaraq 44,26 milyard dollara, Rusiya məhsullarının Çinə idxalı isə 50,7% artaraq 72,95 milyard dollara çatıb.
Təkcə avqust ayında ikitərəfli ticarətin həcmi 19,21 milyard dollara çatıb.
Hürr Tərcüman