📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya ilə Çin qırıcılarının birgə uçuşu Koreyada narahatlıq yaratdı

2021-11-19 17:37:00

Rusiya ilə Çin qırıcılarının birgə uçuşu Koreyada narahatlıq yaratdı

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Cənubi Koreya Rusiya ilə Çinin hərbi təyyarələrinin ölkənin hava müdafiəsi məkanına daxil olduğunu bildirib.

Rusiya isə Çin ilə birlikdə Yapon dənizi ilə Şərqi Çin dənizi üzərində birgə partul uçuşu həyata keçirdiklərini bəyan edib.

Cənubi Koreyanın Silahlı Qüvvələrinin Baş Qərargahından verilən açıqlamada ölkənin şərq sahillərindəki hava müdafiəsi məkanına 7 ədəd Rusiya və 2 ədəd Çin hərbi təyyarəsinin daxil olduğu və həmin sahədə 10 dəqiqə uçduqdan sonra, Koreyanın hava sərhədlərini pozmadan həmin ərazini tərk elədiyi bildirilir. Açıqlamada cavab addımı olaraq Cənubi Koreya qırıcılarının havaya qalxdığı deyilir.

Beynəlxalq hüquqda tanınmayan hava müdafiəsi sahəsi əsasən, ölkələr tərəfindən birtərəfli şəkildə elan edilir və mülki təyyarələrin həmin sahəyə daxil olması narahatlıq doğurmasa da, hərbi təyyarələrin orada olması təhdid kimi qiymətləndirilir.

 

Hürr Tərcüman